• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2247
— 15.01.2021 12:16

Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür

KepezTV Player

Vətən müharibəsi dövründə səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və səfərbərlikdən tərxis edilmiş şəxslər, eləcə də bəzi vətəndaşların hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda bu geyimdən istifadə etməsi hallarının qarşısını almaq məqsədilə Hərbi polis bölmələri reydlər keçirir. Bəzi vətəndaşların hərbi geyim formasını daşıma hüququnun pozması müvafiq qanunvericiliyə ziddir. İnzibati Xətalar Məcəlləsinə əsasən, hərbi geyim formasını qanunsuz daşımağa görə hərbi geyim forması müsadirə edilməklə 300 manatdan 500 manatadək cərimə olunur. Müdafiə Nazirliyi belə şəxsləri hərbi geyim formasından istifadə etməməyə çağırır.