• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1219
— 15.01.2021 11:57

Macarıstan Qarabağın bərpasına 100 milyon dollar ayırdı

KepezTV Player

Azərbaycan və Macarıstan macar şirkətlərinin İkinci Qarabağ müharibəsi nəticəsində azad edilmiş ərazilərin bərpasında iştirak etməsini müzakirə edib. Bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto öz "Facebook" səhifəsində yazıb. Bildirib ki, məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə videokonfrans zamanı müzakirə olunub. Bu ölkənin "EximBank"ı rekonstruksiya proqramında iştirak etmək niyyətində olan macar şirkətləri üçün 100 milyon dollar məbləğində kredit xətti açıb. Nazir onu da əlavə edib ki, müharibənin fəsadlarının aradan qaldırılması çərçivəsində Macarıstan ərazilərin minalardan təmizlənməsi işlərinə 25 min avro qrant təklif edib.