• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1531
— 15.01.2021 09:30

Ceyhun Bayramov Pakistanın Baş naziri ilə görüşüb

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramovun Pakistana rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri  İmran Xan ilə görüşü baş tutub. İmran Xan əldə etdiyi qələbə münasibətilə Azərbaycanı təbrik edib. Qələbənin Pakistan xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən Baş nazir bu hadisəni Pakistan xalqının Azərbaycanla birgə qeyd etdiyini bildirib. Nazir Ceyhun Bayramov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinə Pakistan tərəfindən verilən birmənalı dəstəyi, bu xüsusda qəbul edilmiş qətnamələri yüksək qiymətləndirib və təşəkkürünü çatdırıb. Ceyhun Bayramov iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, bununla yanaşı iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində Azərbaycanın maraqlı olduğunu vurğulayıb. Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.