• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1504
— 14.01.2021 20:49

Yeni üzüm bağları salınır

KepezTV Player

Samux ənənəvi üzümçülük rayonlarındandır. Bu sahənin daha da inkişafı üçün rayonda üzüm plantasiyalarının sahəsi genişləndirilir, əlavə 70 ha-a yaxın bağ salınır.

Samuxda üzüm alıtan verilən yeni ərazilərdə artıq şumlama işləri yekunlaşıb. Yazda isə həmin əraziyə yeni tinglər basdırılacaq. Əsasən Fransa və Gürcüstandan gətirilən  kaberne, şardane, merlot kimi texniki üzüm növləri və süfrə sortları əkiləcək. Rayonda eləcə də mövcud üzümlüklərə aqrotexniki qulluq da edilir. Üzüm tənəklərinin dibləri bellənir, həmçinin üzvi və meneral gübrələr verilir. Bu işlər başa çatdıqdan sonra üzüm tinglərində budama da aparılacaq.

Xosrov İsmayılov briqadir: Məhsuldarlıq yaxşı qazanc yaxşı olandan sonra bağları genişləndiririk. Hər il ting vasitəsi ilə 2-3 ha genişləndiririk. Maraq var. Ötən ildə məhsuldarlıq yaxş olub bu ildə bağın vəziyyətinə baxanda bunu görmək olur.

Aləmzər Mehdiyeva işçi: Məhsuldarlığımız lap yaxşı oldu. Yığımımız yaxşı oldu, yaxşı da satıldı. Dərinnəndə dibini belləyirik ki, məhsulmuz yaxşı olsun bizə də xeyir var. Günə 13 manat qazanırıq yaxşıdır.

Ötən ildən başlıyaraq dövlət tərəfindən yeni üzüm bağları salan mülkiyyətçilərə verilən subsidiyyaların artırılması üzümçülüyün inkişafına stimul verib.

Əlvan Bayramov Samux DAİM-in direktor müavini: Yeni salınan üzüm bağlarına dövlət tərəfindən diqqət artılıb. Yeni bağlara 2019-cu ildən sonra subsidiyyalar artırlıb hər hektara 240 manat verilir. Bu da müəyyən xərclərin müəyyən hissəsini bağlayır. Ona görə də üzüm əkini artılır. Hesab edirəm ki, Samux rayonu üzümçülükdə öz keçmiş şöhrətini qaytaracaqdı.

Samuxda ümumilikdə 1023 ha üzüm bağı var. Üzümlüklərin 483 ha-da süfrə, 540-da isə texniki sortlar əkilib. Ötən il istehsalçılar 18 min tondan çox məhsul götürüb ki, bu da hektardan 138 sentner deməkdir. Yığılan məhsuln 4 min tonu xarici bazarda satılıb.

Elnur Vahidoğlu