• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2305
— 14.01.2021 12:35

Xocalı yol idarəsinin əməkdaşı minaya düşüb

KepezTV Player

Bərdə rayon sakini 60 yaşlı Ocaqverdiyev Əliyar Hidayət oğlu minaya düşüb. Bu barədə Tərtər rayon prokurorluğundan məlumat verilib. Araşdırmalarla müyyən edilib ki, 54 saylı Xocalı yol idarəsinin əməkdaşı Əliyar Ocaqverdiyev Tərtər rayonunun Suqovuşan və Talış kəndləri ərazisindən keçən su kanalının üzərindəki körpüdə yol çəkilməsi işləri görən zaman idarə etdiyi buldozer ilə tank əleyhinə minaya düşüb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.