• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1034
— 12.01.2021 16:22

Qarabağın aqrar potensialı böyükdür

KepezTV Player

"İşğaldan azad edilmiş Qarabağ bölgəsində insanlar məskunlaşdıqdan sonra orada torpaq islahatı aparılmalıdır, aqrar sektorun inkişafı təmin edilməlidir". Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına görə, qurum bölgədə kənd təsərrüfatı ilə məşğul olacaq şəxslərin aqrar texnika ilə təchiz edilməsinə dair planlar hazırlayıb. İnsanlar məskunlaşdıqca və torpağın əkilib-becərilməsi başladıqca onların kənd təsərrüfatı texnikasına, eləcə də toxum, gübrə və pestisidlərə olan ehtiyacları ödəniləcək. Bu ərazidə ixtisaslaşmalar aparıldıqca kənd təsərrüfatının inkişafında indiyə qədər olan ənənələr nəzərə alınacaq. Heyvandarlıqla yanaşı arıçılıq da azad edilmiş ərazilərin bütün sahələri üçün spesifikdir.Bundan başqa, baramaçılıq sahəsi də region üçün uyğundur.