• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1667
— 08.01.2021 11:35

Paxıllıq hissini yaradan səbəblər

KepezTV Player

Həyat paxıllıq, həsəd üçün bizə lazımından artıq səbəblər verir. Bizdən nədəsə üstün olan və ya üstün olduğunu hesab etdiyimiz insanlarla əhatələnmişik – onlar, hər yerdədir. Paxıllığın isə sərhədi yoxdur, o, həyatımız boyunca bizi müşayiət edir, odur ki, hər kəs paxıllıq edir. Amma, mütəxəssislərin apardığı tədqiqatlara görə paxıllıq hissi daha cox qadınlarda özünü qabarıq formada biruzə verir.  Xanımlar adətən özlərini ətrafdakıları ilə müqayisə edirlər. Müqayisə isə paxıllıq hissini yaradan başlıca səbəblərdən biridir.

İnsan paxıl doğulmur. Paxıllıq insanın qəlbində uşaq vaxtından kök salır. Məsələn, valideynlər hər zaman öz övladına həmyaşıdlarından kimisə nümünə gətirir, lakin bunu düzgün formada etmirlər. Uşağın da qəlbində sağlam rəqabət hissi əvəzinə paxıllıq, əsəbilik və qəzəb yaranır.

Bəzi xanımlar paxıllıq etdiklərini dərk edir, bəzilərində isə bu hiss təxtəlşüurun dərin qatlarında basdırılıb deyə, sanki yerli-dibli yoxmuş kimi hiss etmirlər.

Paxıllığın bir müsbət tərəfi var. Burada sağlam rəqabət müşahidə olunur. Bu zaman insan öz daxilində mübarizə aparır, bu hiss irəli getmək üçün stimul verir.

Bəs, necə edək ki, bu hiss həyatımıza, davranışımıza mənfi təsir göstərməsin? Paxıllıq edərək, həyatımızdan narazı olaraq biz ilk növbədə öz əhval-ruhiyyəmizi korlayırıq. Nəticədə səhv etməyə başlayırıq və öz həyatımızı daha da ağırlaşdırırıq. Düzdür, ətrafımızda heç vaxt heç kəsə paxıllıq etməyən insan tapmaq mümkün deyil. Bu vəziyyətdən çıxmaq üçün özünüzü başqaları ilə yox, özünüz ilə müqayisə edin, öz yolunuzu seçin. Paxıllıq insanın öz daxili dünyasını yeyir. Bu hissi yaşayan insanların özünü qiymətləndirməsi aşağı olur və bunun səbəbini özündə deyil, kənarda axtarır. Paxıllıqdan irəli gələn əməllər və fikirlər insanın həyatı boyu etdiyi yaxşılıqları da heçə endirir. Paxıllıq hissindən müdafiə olunmaq üçün insan özünü dərk etməli, həyatını zənginləşdirməli, həyatında baş verən hadisələrin məsuliyyətini öz üzərinə götürməlidir. Nə qədər paradoksan səslənsə də, qadın həmrəyliyi mövzusu da, elə paxıllıq qədər  aktuladı qadınlar ücün.. Kimdi qadınlar?