• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2130
— 12.01.2021 12:36

Kiçik SES-lərin təmirinə başlanılıb

KepezTV Player

“Azərenerji” işğaldan azad edilən Suqovuşanda yerləşən ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında əsaslı təmir və bərpa işlərinə başlayıb. Erməni qəsbkarları Suqovuşandakı 4,8 və 3 meqavat gücündə olan kiçik su elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb daşıyıb, apara bilmədiklərini isə dağıdıblar. Eyni zamanda döyüşlər zamanı stansiyalara ciddi ziyan dəyib. 3 ay müddətinə yekunlaşdırılması nəzərdə tutulan işlər bitəndən sonra ilkin olaraq Suqovuşan qəsəbəsi, Talış kəndi də daxil olmaqla yaxın ərazilərə elektrik enerjisi veriləcək, daha sonra isə enerji paylayıcı elektrik şəbəkəsinin yeni çəkilən elektrik xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcək.