• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2347
— 12.01.2021 12:35

Rusiya FHN Azərbaycana 15 mobil konteyner göndərib

KepezTV Player

Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi Azərbaycan Fövqəladə Hallar Nazirliyinə səhra şəraitində istifadə üçün nəzərdə tutulan 15 ədəd mobil konteyner göndərilib. Nazirliyin Qarabağ Regional Mərkəzinə çatdırılan konteynerlərdən 10-u yaşayış, 5-i isə ofis kimi istifadə üçün nəzərdə tutulub. Konteynerlərdə yaşayış və iş fəaliyyəti üçün müvafiq şərait yaradılıb.