• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2169
— 11.01.2021 18:36

20 kq-dan artıq narkotik vasitə və silah-sursat götürülüb

KepezTV Player

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib. 9 fakt üzrə 11 nəfər saxlanılıb. 20 kq-dan artıq narkotik vasitə və silah-sursat götürülüb. Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində cinayət işləri başlanılıb. Barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Aşkar edilən külli miqdarda narkotik maddələrin mənbələrinin müəyyən edilməsi və saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində araşdırmalar davam etdirilir.