• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1849
— 11.01.2021 19:58

Doğma yurdlarına qayıdanların sayı dəqiqləşdirilir

KepezTV Player

Torpaq həsrəti sona çatan məcburi köçkünlərin siyahıya alınması aparılır. Öz dədə-baba yurdlarına böyük köçün tərkib hissəsi olan bu proses Gəncədə də aparılır.

Həsən Şahverdiyev - Kəlbəcər sakini: Daha mən qaçqın deyiləm. Gəncə də mənimdi, Azərbaycan da mənimdi, ancaq ora ayrı yerdi. Orada anadan olmuşuq. Kəlbəcərin təbiəti, havası ayrı yerdi.

Kəlbəcər rayonun Aşağı Ayrım kənd sakini olan 82 yaşlı Həsən Şahverdiyev də erməni təcazvüzü nəticəsində öz yurd-yuvasından didərgin düşənlərdəndir. Rayonu işğal edilən də o da ailəsi ilə birlikdə Gəncəyə pənah gətirib. İşğalın davam etdiyi 27 il ərzində yurd həsrəti, torpaq niskili onu tərk etməyib. Amma bu gün o da digər həmyerliləri kimi böyük qayıdışın bir addımlığındadır.

Novruz Şahverdiyev - Kəlbəcər sakini: Bu dəqiqə prezident İlham Əliyev elə bir sərəncam versə ki, biz Kəlbəcərə qayıtmaq üçün bu dəqiqə gedərəm. Çünki biz oranın çox həsrətini çəkmişik. Mənim artıq yaşamaq marağım yaranıbdır. Çünki biz o torpaqda böyümüşük, o torpaqda doğulmuşuq.

Mehdiyevlər ailəsi də sevinənlər sırasındadır. Gecə-gündüz həsrətində olduğu, yuxularından belə çıxmadığı torpağa qovuşduqlarına görə.

Məhərrəm Mehdiyev - Kəlbəcər sakini: Torpaq sinəmizə dağ çəkib. Allah qoysa yaxın müddətdə ali baş komandanın əmri ilə Kəlbəcərə gedib orada həyat quracağıq. Yeni həyatıımızı orada quracağıq.

Nazim Əliyev - Kəlbəcər sakini: Bizi aparsalar bu dəqiqə gedərəm. Mən ora qayıdan kimi müəllim işləyəcəm. Həm də heyvandarlıqla, əkinçiliklə məşğul olacam.

Bu məqsədlə artıq ilkin addımlar da atılır. QKİDK tərəfindən siyahıların dəqiqləşdirilməsi aparılır.

Vahid Abdullayev - QMKİDK-nın Gəncə MİS-in rəisi: Gəncədə məcburi köçkün çoxdu. Ancaq bizim qəsəbələrdə 1500 ailəlik bina evləri, 600 ailəlik Kəpəz rayon ərazisində məskunlaşan həyət evləridir. Göygöl rayon ərazisində 130 ailəlik məcburi köçkün ailəsidir. Qəsəbələrimizdə 11 rayondan məcburi köçkün yaşayırdı, artıq onlar məcburi köçkün deyillər. Hər bir rayonun vətəndaşı Dövlət Qaçqınkomun göstərişinə əsasən siyahılar tərtib olunur və təqdim olunur. 2230 ailədir, 10 min nəfərə yaxındır.

Siyahılarının dəqiqləşdirilməsinə ötən ilin dekabrından başlanılıb. Gəncə və Göygöldəki məcburi köçkün qəsəbələrində proses başa çatmaq üzrədir.

Elnur Vahidoğlu