• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1600
— 11.01.2021 16:08

MAXE olmaq istəyənlərin sənədlərinin qəbuluna başlanılıb

KepezTV Player

Bu gündən etibarən Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilərin müraciət və sənədlərinin qəbuluna başlanılıb. Sənədlərin qəbulu birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarında aparılır. Proses yanvarın 30-dək davam edəcək. Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə 3 il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.