• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1474
— 11.01.2021 12:16

Qazinin fiziki bərpası üçün tədbir görülür

KepezTV Player

“YAŞAT” Fondu ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı mühüm addımlar atılır. Ciddi fiziki travma alan, zəruri tibbi müayinələrdən keçən və artıq ilk əməliyyatı uğurla başa çatan qazi Yusif Ağammədovun fiziki bərpa prosesini daha da sürətləndimək üçün xaricdən sifariş edilən RGO ortopedik cihazından istifadə olunur. Bu cihaz vasitəsi ilə hərəkət məhdudiyyətli şəxslərə addım atmaq şansı yaradılır. “YAŞAT” Fondu qazinin müalicəsi tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.