• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1753
— 11.01.2021 12:11

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Keşdək kəndindən videogörüntülər yayımlayıb

KepezTV Player

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Keşdək kəndindən videogörüntülər yayımlayıb. Tərtər çayının sahilində, dağətəyi ərazidə yerləşən yaşayış məntəqəsini XVIII əsrin sonlarında keçmiş Dərələyəz mahalından gəlmiş Türk ailələri salıblar. Yerli əhali kəndin adını "keçid, keçid olan yer" kimi izah edir. Tədqiqatçılar isə oykonimi "elat düşərgəsi", "sıldırım eniş" mənaları ilə bağlayırlar.