• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1284
— 11.01.2021 11:48

Yevlaxlı narkotacirdən marixuana və odlu silah götürüldü

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməkdaşları külli miqdarda narkotik vasitəsini dövriyyədən çıxarıb. Yevlaxda keçirilən əməliyyat zamanı həmin şəxsin yaşadığı ünvandan odlu silah da aşkarlanıb.

Əməliyyat Yevlax rayonu ərazisində aparılıb. Kövər kənd sakini 33 yaşlı Elnur Cəfərov isti izlərlə keçirilən əməliyyat zamanı saxlanılıb. Onun üzərindən və idarə etdiyi avtomobilən 3 kiloqramdan artıq marixuana götürülüb. Yaşadığı evdən isə odlu silah aşkarlanıb.

Yunis Quliyev təhqiqatçı Onun yaşadığı Yevlax rayonu Kövər kəndində fərdi yaşayış evindən 1 ədəd 16 kalibirli tək lülləli qundağ və lüllə hissələri kəsilmiş ov tüfəngi qanuna müvafaiq qaydada qablaşdırılaraq götürülüb.

Saxlanılan şəxs odlu silahın ona babasından yadigar qaldığını desə də narkotik vasitəni Yevlaxın Qoyun Binəsi kəndindən şəxsi istifadə üçün yığdığını etiraf edib. Hətta marixuananın oğurlanmaması üçün də tədbirli olub.

Elnur Cəfərov saxlanılan şəxs Evdəkilər istəmirdim bilsinlər. Bunu istifadə etdiyimi evdəkilərdən gizlədirdim. Yəni bu fəxr elənəsi bir iş deyil. Onun da hər gün gəzdirdim. Orda həmin yerdə kolluqda gizlədirdim götürürdüm. Uzaq yola çıxanda harasa orada gizlədirdim. Amma kəndin içərisində maşında saxlayırdım ki birdən oğurlayıb edərlər.

Elnur Cəfərov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.

 

Natiq Hüseyn