• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1440
— 11.01.2021 09:19

“Qarabağ – geri dönən xoşbəxtliyim”

KepezTV Player

Qazaxıstanda “Qarabağ – geri dönən xoşbəxtliyim” adlı sənədli film çəkilib. Film Qazaxıstanda Qarabağ münaqişəsinin tarixində konfliktin səbəbləri, gedişi və nəticələri barədə qazax və rus dillərində qazaxıstanlı rejissorlar tərəfindən çəkilən ilk belə əhatəli sənədli filmdir. Ekran işi münaqişə barədə Azərbaycanın haqlı mövqeyini geniş ictimaiyyətə çatdıra biləcək dəqiq və dolğun məlumatlarla zəngindir. Filmdə Qarabağın azadlığının rəmzi olan “Xarı- bülbül” haqda ətraflı məlumat verilib. Qazaxıstanlı jurnalist Almas Altayın müəllifi olduğu film müharibənin müxtəlif məqamlarını əks etdirən kadrlar, habelə tarixi videogörüntülər əsasında lentə alınıb. Filmin təqdimatı Qazaxıstanın Nur-Sultan və Almatı şəhərlərində keçirilib.