• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1705
— 08.01.2021 12:16

2020-ci ildə penaltidən ən çox qol vuran futbolçular açıqlandı

KepezTV Player

2020-ci ildə Avropanın top-5 liqasında penaltidən ən çox fərqlənən futbolçular bəlli olub. İlk pillədə İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu yer alıb. 35 yaşlı portuqaliyalı hücumçu il ərzində penaltidən 17 qol vurub. İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Bruno Fernandeş 15 qolla ikinci, İtaliya "Latsio"sunun forvardı Çiro İmmobille isə 14 qolla üçüncü pillədə qərarlaşıb. İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messi 2020-ci ildə penaltidən 9 dəfə fərqlənib. Argentinalı oyunçu bu göstəricəyə görə 5-9-cu pillələri bölüşdürür.