• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1971
— 28.12.2020 16:20

Şuşa və Hadrutun teleradio yayım stansiyasının bərpasına başlanılır

KepezTV Player

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi işğaldan azad olunan ərazilərimizdə teleradio yayımını bərpa edəcək. Şuşa və Hadrut qəsəbəsində yerləşən mövcud Stansiyasının texniki binası və avadanlıqlar ermənilər tərəfindən tamamilə dağıdılıb, bəziləri isə demontaj olunaraq aparılıb, istismara yararsız vəziyyətə salınıb.  Hər iki ərazidə texniki hazırlıq işləri başa catdırılıb, stansiya elektrik enerjisi ilə tam təmin olunduqdan sonra yayıma başlanacaq. Nəticədə Hadrut və Şuşa Radio-Televiziya Yayım Stansiyasından yayımlanacaq ölkənin bütün telekanalları və 1 xarici kanal, eləcə də radio proqramları  Xocavənd, Cəbrayıl, Füzuli, Zəngilan rayonları və Şuşa, Xankəndi, Qubadlı, Xocalı, Əsgəran, Ağdam rayonları, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edəcək.