• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2269
— 26.12.2020 18:27

Şəhid ailələri diqqət mərkəzindədir

KepezTV Player

Gəncədə 16 nömrəli orta məktəbin tarix müəllimi Rəşad Məmmədov da öz adını ən ali zirvəyə yazdıran döyüşçülərimizdəndir. Tovuz döyüşlərindən sonra orduya könüllü yazılan müəllim Vətən müharibəsi dövründə Füzuli, Xocavənd uğrunda gedən döyüşlərdə  qəhrəmancasına vuruşub. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhidin evində olaraq ailəsinin qayğıları ilə maraqlanıb. Qəhrəman müəllimin keçdiyi şərəfli döyüş yolundan danışılıb. Noyabırın 8-də Şuşa uğrunda gedən döyüşlərdə Rəşadın tarixə şəhid müəllim kimi adını yazdırdığı bildirilib.

Şəhid ailələri yaddan çıxmır

Rabil İsmayılov isə Vətən müharibəsində Gəncənin ilk şəhid müəllimidir. 14 nömrəli məktəbində riyaziyyat fənninin tədrisini cəbhədə silaha dəyişən leytinant Füzuli və Xocavənd istiqamətindəki döyüşlərdə özünü qəhrəman hərbiçi kimi göstərib. Şəhər icra başçısı şəhidin ailəsinin problemləri ilə maraqlanaraq Rabil İsmayılovun şücayəti, igidliyi barədə məlumat alıb. Onun bu qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirilib. Ali baş komandan tərəfindən vətən uğrunda medalı ilə təltif edilib.

Şəhid leytinant Qəzənfər Məmmədov da vətən müharibəsində igidiliyi ilə seçilən qəhrəman zabit kimi adını tariximizə yazdırıb. O, Füzuli və Laçın uğrunda gedən döyüşlərdə tabeliyində olan bölüklə birlikdə böyük şücayət göstərib. Şəhər meri şəhid zabitin evində olub, ailəsinin qayğıları ilə maraqlanıb. Leytinant Qəzənfər Məmmədov Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ali baş komandan tərəfindən ölümündən sonra rəaşdət ordeni və üçüncü dərəcəli vətən uğrunda medalı ilə təltif edilib.