• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1728
— 23.12.2020 09:17

Azərbaycan qızılı ilə “Qarabağ inciləri” işlənəcək

KepezTV Player

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Heydər Əliyev Mərkəzi “Qarabağ inciləri” mövzusunda Azərbaycan qızılından istehsal ediləcək sikkələrin dizayn müsabiqəsini elan edir. Dizayn müsabiqəsi “Qarabağın qədim mədəni irsi”, “Qarabağın qədim tarixi”, “Qarabağın simvolları”, “Şanlı Ordumuzun zəfər yürüşü”, “Biz Qarabağa qayıdırıq”, “Əsirlikdən azad edilən abidələr” kimi mövzu istiqamətlərini əhatə edir. Layihələri www.azergold.gift platformasında yaradılan xüsusi səhifə vasitəsilə yükləmək lazımdır. İlk 3 yerin qalibi diplom və pul mükafatı ilə təltif ediləcəklər. 1-ci yer 3000, 2-ci yer 2000, 3-cü yer 1000 AZN- qazanacaq. Bütün layihələr səsverməyə çıxarılacaq. Ən çox səs toplayan layihə“İzləyici rəğbəti” nominasiyası üzrə qalib elan ediləcək və ona 1000 AZN məbləğində pul mükafatı təqdim olunacaq. Müsabiqənin son tarixi 2021-ci il fevralın 1-dəkdir.