• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1484
— 19.12.2020 20:14

Qazilər avtomobillə növbədənkənar təmin olunur

KepezTV Player

“Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” təsdiq edilib. Qaydalarda reabilitasiya vasitələrinin sayı və ölçü vahidi, həmçinin istifadə, təminat, hazırlanma müddətləri, eləcə də təmiri və ya zərurət yarandıqda vaxtından əvvəl dəyişdirilməsi müddətləri və vasitələrin hansı qurumlar tərəfindən təmin edilməsi göstərilib". Qaydalara əsasən reabilitasiya vasitələrini almaq hüququ Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin komissiyalarının qərarı ilə təmin olunur. Yalnız minik avtomobili Sosial Xidmətlər Agentliyi tərəfindən növbəlilik əsasında təmin edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar.