• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1762
— 19.12.2020 16:26

Kəlbəcər haqqında tanıtım video-çarxı hazırlanıb

KepezTV Player

Dövlət Turizm Agentliyi Kəlbəcər rayonu haqqında tanıtım video-çarxı hazırlayıb. Çarxda Kəlbəcərin gəzməli-görməli yerləri, o cümlədən “Xudavəng” monastır kompleksi və Gəncəsər məbədi, Lev qalası, müxtəlif at və qoç fiqurlarından ibarət daş abidələr, kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə müalicəvi suları, bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganə olan İstisi bulaqları, uzunluğuna və dərinliyinə görə seçilən çayları haqqında məlumatlar təqdim olunub.Rayonun gözəl təbiəti və möhtəşəm relyefi ilə turizmin müxtəlif növlərinin inkişafına imkan verəcək geniş potensiala malik olduğu qeyd edilib.