• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1563
— 19.12.2020 13:14

Ağstafada karantin qaydalarını pozan obyektlər aşkarlandı

KepezTV Player

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə icazə verilən obyektlərdə, əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki tədbirləri davam etdirir. Rejimin tələblərini pozan şəxslər inzibati qaydada cərimələnir.

Ağstafada koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub. Yoxlamalar zamanı xüsusi karantin rejiminin tələbərinə zidd olaraq bəzi ticarət obyektlərinin müştərilərə yerində xidmət göstərməsi aşkarlanıb.

Xüsusi ilə də inşaat materiallarının satşı ilə məşğul olan bir neçə obyekdə bu kimi faklara rast gəlinib. Aşkarlanan hüquqazidd əməllərin qarşısı alınaraq, qanunvericiliyə uyğun tədbirlər görülüb. 

Bundan başqa polis əməkdaşları bankların və bankomatların qarşısında dayanan vətəndaşlara növbə zamanı sosial məsafənin gözlənilməsini mütəmadi olaraq təmin edirlər. Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi də dayanacaqlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində sakinlərlə maariflədirici söhbətlər aparıb, xüsusi karantin rejiminin qaydalarına riayət etməyə çağırıblar.

Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər, sərnişindaşıma ilə məşğul sürücülərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cəriməniblər. 

Eşqin Qasımov DİN-in mətbaut xidmətinin əməkdaşı: Bu gün keçirilən tədbirlər zamanı bir neçə obyekt aşakarlandı ki, onlar müştərtirələrə yerində xidmət göstərirlər. Polis əməkdaşları həmin obyektin fəaliyyətini dayandırdı və sahibləri ilə izatedici və profalaktiki söhbətlər aparılıb. Barələrində qanunamüvafqi tədbirlər görüb.

Ümumilikdə gün ərzində sərnişin daşıma qaydalarını pozan, tibbi maskadan istifadə etməyən, eləcə də qanunsuz fəaliyyət göstərən 10-a yaxın şəxs barəsində qanuna müvafiq qaydada tədbiri görülüb.

Natiq Hüseyn