• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1514
— 19.12.2020 11:42

COVİD-19-a yoluxanlar evə qaytarılıb

KepezTV Player

Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib. Rayonun Balakürd kənd sakini Emil Abbasovun və Dəliməmmədli şəhər sakini Başxanım Ağayevanın ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanları tərk ediblər. Polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, yaşadıqları evə göndərib. Ötən gün isə respublika ərazisində 36 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb. Barələrində müvafiq araşdırmalar davam etdirilir.