• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1514
— 19.12.2020 11:53

Pandemiyanın onlayn ticarətə təsiri

KepezTV Player

Gündəlik heyatımızda alış-veriş xüsusi yer tutur və hər kəs keyfiyyətli, büdcəsinə uyğun və qeyri-adi məhsullar almaq istəyir. Lakin yaşadığımız pandemiya dövrü bunun yalnız onlayn formada reallaşmasına imkan verir. Ələxsus da söhbət geyim, texnika, məişət və s. bu kimi digər məhsulların alışından gedirsə.

Son aylarda dünyada internet üzərindən olunan sifarişlərin sayında 67 faiz artım qeydə alınıb. Ölkəmizdə də tətbiq edilən növbəti sərt karantin rejimi onlayn ticarətə müraciətləri artırıb. Rəyini öyrəndiyimiz şəhər sakinlərinin dedikləri də bunu bir daha təsdiqləyir.

Elektronika, geyim və son dönəmdə artıq qida məhsullarının da elektron formada əldə edilməsi halları artıb. Bununla belə sifarişlərin tərkibi müxtəlifdir.

Nuriyyə Nuriyeva mütəxəssis:Əsasən geyim, aksessuar və kreativ hədiyyələr sifariş olunur. Özü də onlayn satışa üstünlük verir və məhsulun ünvana düzgün çatdırılmamasıdır.

Ekspertlər deyir ki, ticarətin bu formada aparılmasına artan tələbat sifarişlərin vaxtında çatdırılmasında çətinliklər də yaradır. Eləcə də məhsulun elektron variantda göründüyü kimi alıcıya təqdim olunmaması, rəng, ölçü və marka ilə bağlı yaranan narazılıqlar onlayn ticarətin çatışmazlıqları sırasındadır.

Sahib İbrahimov ekspert:Karantin rejimində onlayn satışa maraq artıb. Üstünlüyü ondadır ki bir mağazadan hər şey almaq mümkündür. Daha çox onlayn satış şirkətləri açıldı.

Pandemiya ilə əlaqədar vüsət alan onlayn alış-verişin bir sıra əlamətləri ilə üstün olması, sadə proqramlar vasitəsi ilə rahat şəkildə sifariş imkanı müraciət edilən saytın etibarlılıq dərəcəsini heç də ikinci plana atmır. Odur ki, virtual şopinq saytlarına müraciət edərkən araşdırma aparmaq, onun nə dərəcədə etibarlı olub-olmadığını yoxlamaqda da fayda var.

Xəyal Quluzadə