• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 692
— 19.12.2020 11:48

Aİ Qarabağda humanitar yardım və yenidənqurmaya hazırdır

KepezTV Player

Brüsseldə xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Boreli Vətən Müharibəsi, Ermənistan tərəfindən törədilən hərbi cinayətlər barədə məlumatlandırıb. Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclası çərçivəsində baş tutan görüşdə bölgədə yaranan yeni təhlükəsizlik formatı və əməkdaşlıq çərçivəsi ilə bağlı məsələlər Avropa İttifaqı nümayəndə heyətinin diqqətinə çatdırılıb.Cozef Borel Avropa İttifaqının bölgədə ehtiyacı olan insanlara humanitar yardım göstərməyə, bərpa və yenidənqurma mərhələsində iştirak etməyə hazırlığını qeyd edib.

İclasda Avropa İttifaqı və Azərbaycan arasındakı əməkdaşlıq münasibətləri, enerji sahəsində strateji tərəfdaşlıq,qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər nəzərdən keçirilib.