• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1809
— 18.12.2020 19:03

İtaliya Qarabağda yenidənqurmada iştirak edəcək

KepezTV Player

İişğaldan azad edilən ərazilərdə həyata keçiriləcək yenidənqurma layihərinə türkiyədən sonra İtaliya da qoşulub. Azərenerji İlə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında Kəlbəcər, Ağdam, Füzuli və Qubadlı rayonlarında inşa olunacaq 110 kilovoltluq yarımstansiyalarının elektrik avadanlıqlarının təchizatını nəzərdə tutan təchizat müqaviləsi imzalanıb. Müqaviləyə əsasən təchizat qarşıdakı 3 ay ərzində həyata keçirilməlidir və qarşı tərəf buna görə 5 milyon avro pul alacaq. Yarımstansiyaların 6 ay ərzində tikilib istismara verilməsi nəzərdə tutulur. “Ansaldo Energia” şirkətinin rəhbəri Marino Guiseppe ölkəsinin bu layihədə iştirakdan məmnun olduğununu dedi.