• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2232
— 18.12.2020 15:50

Samsung Galaxy S21 Ultra smartfonunun render fotoları təqdim olunub

Samsung-un yeni flaqman smartfonlarını gözləyərkən insayderlər onlar barəsində yeni məlumatları verməkdə davam edirlər. Bu dəfə internetdə Galaxy S21 Ultra modelinin render fotoları ortaya çıxıb. Nüfuzlu insayder olan Evan Blass-ın təqdim etdiyi render fotolar bu smartfonun dizayn özəlliklərini təsdiqləyiblər. Beləliklə verilmiş məlumata əsasən Galaxy S21 Ultra smartfonu 6.8 düym yastı ekran əldə edəcək Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş dairəvi çıxıntı yerləşdiriləcək. Smartfonun arxa panelinə gəldikdə isə bu cür dizaynı bütün Galaxy S21 modelləri əldə edəcəklər. Kameralar arxa panelin yuxarı sol hissəsindəki xüsusi sahənin daxilində yerləşəcəklər. Məlumata əsasən smartfon 4 kamera sensorunu əldə edəcək: 108 MP-lik əsas sensor, ultragenişbucaqlı ikinci sensor və 2 ədəd teleobyektiv. Bundan əlavə olaraq arxa kamera sahəsinə həmçinin lazer avtofokusu da daxil olacaq. Galaxy S21 Ultra-nın S Pen stilus dəstəyini əldə edəcəyi gözlənilir. Bir sıra məlumatlara əsasən Samsung şirkəti Galaxy S21 seriyasını 14 yanvar tarixində təqdim edəcək.