• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 17.12.2020 17:50

İnsayderlər iPhone 13 modellərinin hansı ekranlara sahib olacaqları barədə məlumat veriblər

İnsayderlərin çoxsaylı proqnozlarına baxmayaraq bu il təqdim olunmuş iPhone 12 smartfonlarından heç biri 60 Hz-dən yuxarı təsvir yenilənməsinə sahib ekran əldə etmədi. The Elec saytının yeni hesabatı isə gələn ilki iPhone 13 modellərinin ekranları barəsində məlumatı özündə birləşdirir. Görünür, 2021-ci ildə Apple şirkəti öz pərəstişkarlarına sürprizlər edəcək. Beləliklə jurnalistlərin verdikləri məlumata əsasən gələn ilki iPhone 13 üçün OLED ekranların böyük hissəsi (130 milyona yaxın OLED ekran) Samsung Display tərəfindən istehsal olunacaq. Apple şirkətinin keyfiyyət testindən keçəcəkləri halda 30 milyon OLED ekran LG tərəfindən, 10 milyon OLED ekran isə BOE tərəfindən istehsal olunacaq.