• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1351
— 09.12.2020 11:41

Uzunömürlü evlilik üçün uğurlu yaş neçədir?

KepezTV Player

Evlilik çox böyük məsuliyyət və hazırlıq tələb edən bir prosesdir. Bu səbəbdən də  nikaha girərkən yaxşı düşünməli, tələsmədən düzgün qərar verilməlidir. Maraqlıdır, bəs görəsən neçə yaşında ailə qurmaq daha uyğundur? Qanuna görə 18 yaşını bitirmiş hər kəs nikaha daxil ola bilər. Amma bu yaşlarda evliliyin məsuliyyətini dərk etmək, onun yükünü çiyinlərinə götürmək elə də asan iş deyil. Ötəri verilmiş hansısa bir qərar həyatımızda böyük problemlərə, səhvlərə səbəb ola bilər. Ona görə ciddi fikirləşməli, məsələyə doğru yanaşmalıyıq. 

“Tez evlənən peşiman olmaz” deyimi ilə qətiyyən razılaşmayan mütəxəssislər, müəyyən olunmuş yaşdan əvvəl qurulan ailələrin dağılma ehtimallarının daha çox olduğunu vurğulayırlar. Buna səbəb gənclərin maddi cəhətdən çətinlik çəkməsi, iş məsələsində qeyri-müəyyənlik yaşamaları və ailələri tərəfindən daha çox sıxışdırılmalarıdır. Mütəxəssislər eyni zamanda 35 yaşdan sonrakı evliliyi də təhlükəli sayırlar. Onların sözlərinə görə, bu yaş qrupunda olan insanların evliliyə adaptasiya olmaları daha çətin olur.

Qadınların evlilik üçün yaşı Azərbaycan da daxil olmaqla, əksər ölkələrdə mübahisə doğurur. Belə ki, əksər müsəlman və Şərq ölkələrində qadınların nikaha erkən yaşlarda girməsi, Qərb dünyasında isə qadınların 35 yaşdan sonra ailə qurması narahatlıq yaradır.

Bəs evlənmək üçün ən uyğun yaş hansıdır? Evliliyin uzun ömürlü olması üçün ailə qurmaq yaşını necə müəyyənləşdirək?