• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1929
— 16.12.2020 09:25

“Qarabağ Azərbaycandır, Zəfərin ardından” adlı sərgi açılıb

KepezTV Player

Türkiyənin Bursa vilayətində “Qarabağ Azərbaycandır, Zəfərin ardından” adlı sərgi açılıb. Osmanqazi Bələdiyyəsinin təşkilatçılığı ilə “15 iyul-demokratiya meydanı”nda açılan sərgidə Anadolu agentliyinin fotomüxbirləri tərəfindən Azərbaycanın Vətən müharibəsi dövründə çəkilən və özündə qələbə sevincini əks etdirən 22 şəkil nümayiş etdirilir. Tədbirdə iştirak edən Osmanqazi Bələdiyyəsinin sədri Mustafa Dündar Azərbaycanın torpaqlarını işğaldan azad etməsi münasibətilə çox böyük sevinc hissi keçirdiklərini bildirib. Onun sözlərinə görə, region rəhbərliyi Azərbaycanın Ermənistan üzərində qələbəsindən sonra sərgi açmağa qərar verib. "Biz istədik ki, Bursanın bütün sakinləri Azərbaycanın qələbə sevincini bölsünlər", - deyə Mustafa Dündar vurğulayıb. Sərgi bir həftə davam edəcək.