• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1884
— 15.12.2020 19:57

Hərbi qulluqçular təltif ediliblər

KepezTV Player

Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun “Vətən uğrunda” medalı,“Azərbaycan Bayrağı” ordeni,3-cü dərəcəli “Rəşadət” ordeni, 1-ci, 2-ci, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilməsi barədə sərəncamlar imzalayıb. Dövlət başçısının Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında yüksək peşəkarlıqla rəhbərlik və iştirak etmiş, qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş hərbi qulluqçulara diqqət və qayğısı davamlıdır.

Prezident İlham Əliyevin daha bir sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin 2 əməkdaşına general-mayor ali hərbi rütbəsi, 1 əməkdaşına isə daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilib.