• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1046
— 14.12.2020 15:58

Polis postlarında sıxlıq müşahidə olunur

KepezTV Player

Bu gecədən respublikanın bir neçə şəhər və rayonuna operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış məhdudlaşdırılıb. COVID-19 virusunun yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Gəncənin də giriş və çıxışlarında xüsusi postlar qurulub. Eyni zamanda şəhər daxilində aptek və ərzaq mağazaları istisna olmaqla digər obyektlərin fəaliyyəti dayandırılıb. Əməkdaşlarımız həm qurulan polis postlarında, həm də şəhər ərazisində mövcud vəziyyətlə maraqlanıb, izləyək.  

Gəncədə müxtəlif istiqamətlərdə qurulan postlarda polis əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birlikdə xidmət aparır. Müşahidələr onu deməyə əsas verir ki, şəhərin giriş-çıxışında sıxlıq diqqəti cəlb edir.

Xüsusi karantin rejimi ilə əlaqədər olaraq polis postlarından biri Gəncənin qərb istiqamətində çıxışında qurulub. Hazırda gördüyünüz bu istiqamətdə xeyli sayda nəqliyyat vasitəsi dayanıb və polis əməkdaşları həm nəqliyyat vasitələrinin sürücülərinin, eləcə də sərnişinlərin sənədlərini yoxlayır. Təbii ki, heç bir sənədi olmayan şəxslər bir qayda olaraq polis əməkdaşları tərəfindən geri qayatarılır.

Xüsusi icazəsi olmayan şəxslər müxtəlif bəhanələrlə özlərinə haqq qazandırmağa çalışıblar. Bəziləri sərtləşdirilmiş xüsusi karantin rejiminin tələblərindən xəbərsiz olduqlarını, bir çoxları isə SMS icazə vasitəsilə şəhərə daxil olmağın mümkün olduğunu deyiblər.

Şəhər daixlində də avtomobillərin sürücüləri və piyadaların xüsusi icazəsinin olub olmadığı yoxlanılır. Araşdırmalar zamanı bəzi şəxslərin heç bir icazəsi olmadığı müəyən edilib. Belə şəxslər barəsində inzibati qaydada tədbir görülüb.

Eyni zamanda polis əməkdaşları ərəfindən insanların daha çox toplaşdığı ərazilərdə nəzarət-profilaktiki tədbirlər keçirilir. Sosial məsafənin qorunması və tibbi maskadan istifadənin zəruriliyi diqqətə çatdıırlıb.

Eşqin Qasımov DİN-in mətbuat xidmətinin əməkdaşı Yalnız müvafiq icazəsi olan şəxslərin hərəkətinə icazə verilir. Vətəndaşlardan xahiş edirik ki, xüsusi karantin rejiminin tələblərinə əməl etsinlər. Özlərinin və yaxınlarının sağlamlıqlarını qorusunlar.

Operativ Qərargahın qərarına əsasən gələn ilin yanvarın 18-dək Gəncə də daxil edilməklə bir sıra şəhər və rayonda xüsusi sərtləşdirilmiş karantin rejimi qüvvədə olacaq.

Natiq Hüseyn