• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1883
— 13.12.2020 20:27

Şəhidlər ölməz, Vətən bölünməz!

KepezTV Player

İgid, mərd oğullarımızın vətən müharibəsində uğrunda öldükləri torpaqlarımız indi azaddır. Güclü ordunun qəhrəman döyüşçüləri sayəsində Qarabağı Azərbaycan edənlər sırasında Nicat Qasımov da olub. İndi şəhid qəhrəmanımızın keçdiyi şərəfli ömür yolunu birlikdə izləyəcəyik.

Gəncədə doğulub, böyüyən Nicat Qasımov həmişə torpaq, bayraqcanlı olub. Elə yaşadığı evdə də hər zaman üç rəngli bayrağımız başının üstündə olub. Anası deyir ki, Nicat elə uşaqlıqdan hərbiçi olmaq arzusunda olub. Hərbi xidmətini yerinə yetirməsinə baxmayaraq ermənilərin təxribatı onu könüllü olaraq cəbhəyə yollanmağa vadar edib.

Nərminə Məmmədova - şəhidin anası: Gəldim işdən gördüm ki, yoxdur. Balaca qardaşı ilə getdim hərbi komissarlığa görüdüm ki, oradadır. Məni qucaqladı öpdü dedi ki, ana qorxma. Ya öləcəm, ya da öldürəcəm ancaq torpaqları alacam. Təskinliyimiz ondadır ki, Zəngilanımız, Fizulimiz, Şuşamız, Laçınmız, Kəlbəcərimiz hamısı alınıbdır. Bizdə onunla təskinlik tapırıq ki, balalarımızın ruhu şaddır.

Elşən Qasımov - şəhidin atası: Çox şükür bu gün torpaqlarımızın hamısı azad olundu. Sağ olsun ali baş komandan, torpaqlarımızı azad etdi. Şuşada, Laçında bayraqlarımız ucalır. Şəhidlərimizin qanı yerdə qalmadı.

Nicatın həmişə vətənpərliyi ilə seçildiyini dostları da təsdiqləyir. Həmişə istəyib ki, torpağa, xalqa balılığı ilə yaşıdlarına örnək olsun.

Əli Süleymanlı - şəhidin dostu: Nicat uşaqlığından hərbiyə çox bağlı olub. Bizim küçəmizdə hərbi hissə var idi. Nicat hər dəfə ordakı əsgərlərlə bir yerdə olurdu. Qapının ağzında dururdu onlara köməklik edirdi. Nə lazım idi onlara təşkil edirdi.

Xuraman Tanrıverdiyeva - şəhidin müəllimi: Bütün şagirdlərim mənə əzizdir. Nicat mənə daha əzizdir. Ona görə ki, qızımın sinif yoldaşı olub, qızımla birinci sinifdən bir yerdə oxuyub. Mən onların həm də sinif rəhbəri olmuşam. Məndən çox gördüyü və məndən çox ünsiyyətdə olduğu müəllimi də yox idi. Bizim gözəl yadda qalan günlərimiz olub ki, o günlərin xatirəsi məni rahat buraxmır.

İki övladı qalan Nicatın ailəsinin tək bir arzusu var. İşğaldan azad olunan torpaqlarımızdan, Qarabağımızdan torpaq gətirib Nicatın, eləcə də digər şəhidlərin qəbirləri üstünə səpmək. Çünki onlar bu torpaq üçün şəhid olublar və şəhadətləri ilə tarix yazıblar.

Elnur Vahidoğlu