• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1969
— 13.12.2020 20:26

Studiya qonağımız tarixçi Bəxtiyar Məhərrəmovdur

KepezTV Player

Həftəni Vətən müharibəsində qazandığımız parlaq qələbənin zəfər paradı ilə yola salırıq. Hansı ki, düşmənə onun layiq olduğu yeri göstərən, işğala son qoyan, ərazi bütövlüyümüzü təmin edən cəsur, qəhrəman hərbçilərimizin, əsgər və zabitlərinin qanı və canı bahasında əldə edilən qələbənin zəfərini qeyd etdik. Dosta fəxarət, düşmənə göz dağı olan Zəfər paradının əhəmiyyətindən, qələbənin yaratdığı yeni tarixi reallıqlardan danışacağıq indi, studiyamızın qonağı ilə. Gəncəd Dövlət Universitetinin baş müəllimi, tarixçi Bəxtiyar Məhərrəmovdur həmsöhbətim. Xoş gördük, dəvətimizi qəbul etdiyiniz və hamımız, hər bir azərbaycanlı üçün əlamətdar olan bu tarixi hadisə ilə bağlı studiya qonağımız olduğunuz üçün təşəkkür edirik.