• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1439
— 12.12.2020 19:25

"The NYT" qəzetində dağıntılar haqqında məqalə dərc edilib

KepezTV Player

“The New York Times” qəzetində bu nəşrin İstanbul bürosunun rəhbəri Karlotta Qollun “Dağlıq Qarabağ müharibəsindən sonrakı xəsarətlər, faciəli vəziyyət və dağıntılar” sərlövhəli məqalə dərc edilib. Qoll erməni işğalından azad edilmiş ərazilərə səfər edib və Ermənistanın Azərbaycana qarşı 30 illik təcavüzü müddətində yaranmış dəhşətli vəziyyətlə yerində tanış olub. Müəllif Azərbaycan Ordusu tərəfindən erməni işğalından bu yaxınlarda azad edilmiş əraziyə gələn hər kəsin orada Birinci Dünya müharibəsinin döyüş meydanını xatırladan mənzərə ilə üzləşdiyini qeyd edir. Bir neçə kilometr yol boyunca boş qalmış xəndəklər və bunkerlər, dağıdılmış kəndlər görünür, qalan evlərin damı, qapıları, pəncərələri yoxdur. Müəllif Füzuli və Ağdam şəhərlərində gördüyü dağıntılar barədə yazır. "Vəziyyəti gərginləşdirən bir amil də budur ki, bütün dünyada erməni siyasətçilər və fəallar işğal edilmiş ərazilərin Ermənistana məxsus olmasını iddia etməyə başlayıblar", - deyə məqalədə qeyd olunur.