• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1680
— 11.12.2020 12:11

Anım Günü və Zəfər Günü ilə bağlı qanunvericilikdə dəyişiklik

KepezTV Player

Anım Günü təqvimə salınacaq. Bununla bağlı Əmək Məcəlləsinə yeni maddə əlavə edilib. Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni maddəyə əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Anım Günüdür. Əmək Məcəlləsinə təklif edilən digər dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü olacaq. Həmçinin “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsdiq edilməsi barədə” məsələ müzakirə olunub.Milli Məclis 12 dekabr saat 00-dan hərbi vəziyyətin ləğv edilməsini təsdiqləyib.