• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1099
— 08.12.2020 10:36

Sağlam həyat sürməyin qızıl qaydaları

KepezTV Player

“Sağlamlıq kimi dost, xəstəlik kimi düşmən yoxdur”- deyirlər.Gündəlik görüləcək işlərin, qurulan xəyalların həyata keçməsi,arzuların reallaşması üçün isə həm fizioloji, həm psixoloji sağlamlıq şərtdir.Bəs sağlam həyat tərzi necə olmalıdır?Aparılan araşdırmalar onu göstərir ki,sağlamlığın əsas şərtlərindən biri,bəlkə də birincisi düzgün qidalanmadır.Tərəvəz və meyvələrin günlük qida rasionumuza  əlavə edilməsi,az yağlı karbohidrat və protein faizin bərabər olduğu, bol saf suyun da yer aldığı gündəlik qida norması sizi sağlamlığınıza bir addım daha yaxınlaşdıracaq.Tütün məlumatları, spirtli içkilər və bu kimi zərərli vərdişlərdən uzaq durmaq isə uzun və faydalı ömrün ən vacib şərtlərindəndir.Siyahıya üçüncü sırada düzgün yuxu rejimini də  əlavə etmək lazımdır.Qidalanmamızın yuxu rejiminimizə təsiri unutmaq lazımdır.Axşam yeməyindən sonra çay, qəhvə, şokolad istifadəsi bilavasitə narahat yuxuya səbəb olur.Mütəmadi olaraq idmanla məşğul olmaq isə stress hormonlarını azaldır.Bu isə daxili orqanların təzyiqsiz və rahat şəkildə öz funsiyalarını icra etməsinə təkan verir.Maraqlıdır, müasir zaman yaşlılarının daha sıx qarşılaşdığı problemlər nələrdir? Onların gənclərə xüsusilə sağlamlıq yönündən tövsiyə edəcəkləri əsas məqamlar hansılardır?