• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1403
— 09.12.2020 15:33

Ceyhun Bayramov İran Prezidenti və həmkarı ilə görüşüb

KepezTV Player

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran Prezidenti Həsən Ruhani ilə görüşüb. Azərbaycan və İran arasında münasibətlərin daha da inkişaf etdirilməsi haqqında müzakirələr aparılıb. Bayramov qeyd edib ki, Azərbaycan və İran sərhədləri dostluq sərhədidir. "Azərbaycanın İranla 132 km uzunluğunda sərhədi işğaldan azad edilib. İnanırıq ki, bu sərhədlərin bərpası iki ölkə üçün yeni əməkdaşlıq layihələri yaradacaq”, - deyən Xarici İşlər naziri bildirib ki, Azərbaycan İranla siyasi, iqtisadi, ticarət sahələrində əlaqələri inkişaf etdirməyə maraqlıdır. Rəşt-Astara dəmiryolu xəttinin inşası iqtisadi və ticarət əməkdaşlıqlarının artması ilə nəticələnəcək. Bayramov iki ölkənin birgə layihələrinin tez bir zamanda icra olunacağına ümid etdiyini deyib. **Azərbaycan Xarici İşlər nazirinin iranlı həmkarı Məhəmməd Cavad Zəriflə də görüşü olub. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə Twitter səhifəsində yazıb ki, regional məsələlər və ikitərəfli münasibətlər barədə müzakirələr aparılıb. Xətibzadə bildirib ki, İran müsbət qonşuluq siyasəti çərçivəsində işğal olunmuş ərazilərin azad edilməsi və əldə olunan nəticələri müsbət qarşılayır və münaqişənin siyasi yollarla daimi şəkildə həll edilməsinin tərəfdarıdır.