• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1276
— 09.12.2020 15:52

BMT Baş katibinə hesabat ünvanlanıb

KepezTV Player

Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Ermənistanın Azərbaycana qarşı son hücumlarında əcnəbi terrorçulardan istifadə etməsi ilə bağlı hesabatı BMT Baş katibinə ünvanlayıb. Ermənistan hökuməti əcnəbi terrorçuları Azərbaycana qarşı terror və döyüş əməliyyatlarına hazırlamaq üçün onları işğal altında olan ərazilərdə yaşayış yeri, təlim və maddi-texniki təchizatla təmin edib. PKK və ASALA terror təşkilatlarının təlimatı ilə bu terrorçular üçün təlim düşərgələri təşkil olunub. Ermənistanın 27 sentyabrda növbəti təcavüz aktını törətməsindən dərhal sonra əcnəbi terrorçuların köçürülməsi daha da sürətlənib. Hesabatda Ermənistan tərəfindən döyüşlərə cəlb olunan əcnəbi terrorçuların adları, onların hansı təşkilat və qruplardan olmaları, hansı ölkələrdən gətirilmələri, təlim və yerləşdimə prosesi, bu terrorçulara ödənilən ödənişlərlə bağlı faktlar və məlumatlar yer alıb.