• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2391
— 09.12.2020 16:13

Şəhidlik zirvəsinə ucalan dostlar

KepezTV Player

Nurlan və Röyan. Elə bu adların deyilişindəki oxşarlıqdan başlayırdı hər iki şəhidin taleyi. Onlar cəbhədə, döyüş bölgəsində tanış olub möhkəm dost olmuşdular. Bu dostluq iki gənci şəhidlik kimi ali zirvəyə də bir yüksəltdi. İndi bu qəhrəman igid dostların keçdiyi şərəfli döyüş yolunu birlikdə izləyək.

Hərbi xidmətə ötən ilin oktyabırında yollanıb şəhid Nurlan Bağırov. Onun hərbi xidməti elə ön cəbhədən döyüş bölgəsindən başlayıb. Nümunəvi xidməti ilə həmişə komandirlərinin hörmətini qazanıb Nurlan. Vətən müharibəsi başlayanda o da işğalda olan torpaqlarımızın azadlığı uğrunda döyüşlərə atılır. İlk günlərdən göstərdiyi igidilik, şücayət döyüş yoldaşları tərəfindən rəğbətlə qarşılanıb. Qəhrəman, qorxmaz 19 yaşlı Nurlan Bağırovun igidliyi isə Füzuli uğrunda gedən döyüşlərdə əbədiləşir. O, canından artıq sevdiyi torpaq üçün şəhid olaraq ali bir zirvəyə ucalır.

Dostu Röyan Hüseynov da Nurlan Bağırovla birlikdə çiyin-çiyinə döyüşüb vətən müharibəsində. Röyanın da 19 yaşı olub və hər iki dost düşmənə ağır zərbələr vurub, xeyli sayda texnikalarını məhv edib. Bu qəhrəman dostların döyüş meydanında göstərdiyi şücaət, əsgər yoldaşlarının dilində dastana çevrilib. Hər iki dostun ölüm taleyi döyüş meydanında da sanki bir olub. Ayrı-ayrı günlərdə olsa belə iksi də ürəklərindən aldığı snayper gülləsi ilə şəhadət zirvəsinə ucalır.

Hər iki qəhrəman dostun bir istəyi, bir arzusu var idi. Birilkdə, döyüş meydanında çiyin-çiynə olduğu kimi işğaldan azad olunan torpaqlarımızda da gəzib-dolaşmaq. İndi dostların ruhu gəzir o azad edilən vətən torpağında. Qələbəniz mübarək şəhid dostlar.

 

Elnur Vahidoğlu