• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1247
— 08.12.2020 20:06

Şəmkirin marketlərində tibbi maskadan istifadə

KepezTV Player

Koronovirus infeksiyasının sürətlə yayıldığı bir vaxtda əhalinin daha çox üz tutduğu məkanlarda sosial məsafənin qorunması və qoruyucu vasitələrdən istifadə vacib şərtlərdən hesab olunur. Ancaq bəzi hallarda vətəndaşlar bu qaydalara səthi yanaşaraq həyatlarını təhlükəyə atırlar. Vəziyyətin aktuallığını nəzərə alaraq əməkdaşlarımız Şəmkirin müxtəlif kənd və qəsəbələrində market və mağazlarda mövcud vəziyyətlə maraqlanıblar.

Şəmkir rayonunda ilk üz tutduğumuz məkan Aşağı Seyfəli kəndi oldu. Gəncə-Şəmkir yolunun kənarında yerləşən market və mağazalarda apardığımız müşahidələr vəziyyətin qənaətbəxş olduğunu deməyə əsas verir.

Vüsal Teymurov mağaza nəzarətçisi Hamı bir nəfər kimi maskadan istifadə edir. Sonra içəri girəndə təmizliyə xüsusi fikir veririk. Əsasəndə qapının tutcaqlarını tez-tez dezinfeksiyaedici məhlullarla təmizləyirik. Çünki qapılara tez-tez təmas olur.

Alıcı Maskadan istifadə çox gözəldir. Sağlamlığımızı qorumalıyıq. Deməyə ehtiyac yoxdur. Özümüz taxmalıyıq.

Alıcı Televizorda hər dəqiqə deyilir ki, sağlamlığınınızı qoroyun maskadan istifadə edin. Ona görə də daimi hətta evdə də maskadan istifadə edirik.

Əvvəlki aylardan fərqli olaraq qoruyucu vasitələrdən istifadə edənlərin sayının artması mağaza nəzarətçilərinin işini bir xeyli asanlaşdırıb. Nəzarətçilər deyir ki, tibbi maskadan istifadə etməyən çox az sayda vətəndaşlara rast gəlinir ki onlar da yerində maska ilə təmin olunur.

Anar Vəliyev mağaza nəzarətçisi Bütün müştərilərimiz maskadan istifadə edir. Heç bir narahatçılıq yoxdur. Qapının girişində dezinfeksiya edici məhlullardan istifadə olunur. Girişdə nəzarətçimiz var. Hamıya tapşırıq verilir.

Alıcı Problem yoxdur hamı bilir ki, vəziyyət belədir. Xalqımızı camaatımızı millətimizi gözləmək üçün qorumaq üçün gərək qaydalara riayət edək.

Alıcı Özümüzü qorumaq üçün maska taxmalıyıq. Ən əsas verilən tapşırıqdır bizdə buna əməl edirik.

Sahil Kazımov mağaza nəzarətçisi Şükür hamı bir-birini anlayışla qarşılayır. Çalşırııq qaydalara əməl edib sağlamlığımızı qoruyaq. Müştərilərmizdə sağ olsunlar anlayışla qarşılayırlar. Maskasız olanları maska ilə təmin edirik. Olmayana qapının önündə maska veririk.

Virusdan qorunmaq üçün təkcə tibbi maskadan istifadə deyil sosial məsafəyədə fikir verilməlidir. Bu isə hər bir vətəndaşın özündən asılıdır.

Natiq Hüseyn