• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1076
— 08.12.2020 20:08

İşğaldan azad olunmuş torpaqlarımızda mobil stansiyalar qurulub

KepezTV Player

Azərbaycan ordusunun İşğaldan azad etdiyi torpaqlarda “Zəfər”, “ŞAKİR” və “Şuşa” mobil stansiyaları qurulub. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib. Azad olunmuş torpaqlarımızın ilk rabitəçiləri Cəbrayılda “Zəfər” adlı stansiya qurublar.Eyni zamanda onlar “Şuşa-Ağdam-Kəlbəcər İmplementation Radio” sözlərinin abreviaturası olan “ŞAKİR” stansiyasını, eləcə də Şuşanın mərkəzində “Şuşa” stansiyasını quraraq istifadəyə veriblər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi azad olunmuş ərazilərimizdə yeni texnologiyalar əsasında telekommunikasiya və poçt infrastrukturu quracaq. Əhaliyə keyfiyyətli nəqliyyat, telekommunikasiya və poçt xidmətləri göstəriləcək.