• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1814
— 08.12.2020 20:02

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı açıqlanıb

KepezTV Player

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısını açıqlayıb. Siyahı nazirliyin rəsmi saytında yerləşdirilib. Bu günədək 2723 şəhidimiz dəfn edilib. Onların foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat siyahıda yer alıb. İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!