• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1274
— 08.12.2020 16:19

Füzuli uğrunda şəhid olan Abdulla...

KepezTV Player

Növbəti materialımızda isə Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan igidimiz Abdulla Paşayevi tanıyacaqsız. Əməkdaşımız Nərgiz Əhmədqızı şəhid ailəsinin evində qonaq olub. Sujeti izləyək.

Dəcəllik edən oğlan uşaqlarına hər zaman deyirlər ki, əsgərlikdə düzələcək, böyüyəcək... Bəs həqiqi hərbi xidmətə yola düşən, namərd gülləsinə tuş gələn oğullarımız necə? Onlar nə vaxt, harda böyüdülər? Bu oğullar döyüş meydanında böyüdülər, ən ali zirvəyə yüksələrək. İndi o şəhidlərimizdən birini tanıyacayıq. Şəhid Abdulla...

Abdulla Paşayev orta məktəbdə oxuyarkən, əlaçı, müəllimlərinin sevimlisi olan şagirdlərdən olub. İdmanla məşğul olurdu, hər zaman yarışlardan zəfərlə qayıdıb sevindirərdi ailə üzvlərini. Bu dəfə isə çalınan zəfər Abdulla kimi neçə-neçə vətən oğlullarının qanı-canı bahasına qazanıldı.

Oğlunu vətən yolunda itirən şəhid anası bu gün mətin dayanır, axı 10 milyonluq xalq bu gün şəhidləri ilə fəxr edir. Elə Svetlaxa xanım da bu  dəstəyi hiss edir və reallaşdırmaq istədiyi arzusunu dilə gətirir.

Abdulla atasını 11 yaşı olanda itirib. Əkiz qardaşı Rəhim ona həm qardaş, həm də ata olub.

Qardaşdan əlavə sirdaşını itirən Rəhimin, bu qədər məğrur dayanıb, anasına “Əymə başını, dik tut, Vətən sağ olsun” deməyi diqqət yayına bilməz.

Ailəylə söhbətimizdən sonra yollandıq, şəhidlər xiyabanına... Nur üzlü şəhidimizin məzarını ziyarət edib, qəbri üzrinə qərənfil düzməyi özümüzə borc bildik.

Doğma Qarabağımız üçün bu vətən illərdir şəhid verir. O vaxtdan bütün analar vətən sağ olsun deyir, atalar vüqarlı dayanır, şəhid yarları, övladları qəhrəmanları ilə fəxr edirlər... İndi uğrunda can verdiyimiz torpaq işğaldan azaddır. İndi şəhidlərimizin ruhu şaddır.

Nərgiz Əhmədqızı