• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2037
— 07.12.2020 15:50

Koronaviruslu xəstələrdən pul tələb olunması ilə bağlı xəbərdarlıq

KepezTV Player

Koronavirusa yoluxmuş şəxslərin müalicəsi zamanı onlardan əlavə ödənişlər tələb edən şəxslərlə bağlı əsaslı faktlar toplanaraq araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim ediləcək. TƏBİB-in əhaliyə müraciətində qeyd edilir ki, bütün xəstəxanalarda müayinə və müalicə prosesi tamamilə dövlət hesabına həyata keçirilir. "Koronavirusa yoluxan şəxslərin müalicəsi zamanı onlardan əlavə ödənişlər tələb edən şəxs və ya şəxslərin olması ilə bağlı sosial şəbəkələrdə yaranmış müzakirələrə aydınlıq gətirmək məqsədilə bu prosesdə iştirak edən insanların qanunla cəzalandırılmasında yaxından iştirak etməyinizi xahiş edirik. Əmin ola bilərsiniz ki, müraciət edən hər bir şəxsin konfidensiallığı qorunacaq, əsaslı faktlar toplanaraq araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim ediləcək. Belə hallara məruz qaldığınız və ya rastlaşdığınız zaman info@tabib.gov.az, (051) 513-15-42 nömrəli əlaqə vasitələri ilə məlumat verməyinizi xahiş edirik", - deyə TƏBİB vətəndaşlara müraciət edib.