• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1687
— 07.12.2020 16:22

ABŞ-ın məşhur radioverilişinin aparıcısı Gəncədə olub

KepezTV Player

ABŞ-ın məşhur və geniş dinləyici auditoriyası olan “Con Batçelor Şou” radioverilişinin aparıcısı Con Batçelor Gəncəyə səfər edib. Qonaq şəhər rəhbərliyi ilə birlikdə ermənilərin Gəncə şəhərində hərbi cinayət törətdiyi ərazilərə baş çəkib. Amerikalı jurnalist erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb. Batçelor Ermənistan silahlı qüvvələri tərəfindən Gəncəyə atılan raket nəticəsində dağılan ərazilərdə baş verənlər barədə məlumatlandırılıb.

Con Batçelor - “Con Batçelor Şou” radioverilişinin aparıcısı: Mən bura Gəncəyə edilən hücumun nəticələri ilə tanış olmağa gəlmişəm. Birləşmiş Ştatlarda biz bu hadisələr barədə çox az bilirik. Bu, mənim Gəncəyə üçüncü səfərimdir. Bundan bir neçə il əvvəlki səfərimdə nəzarət xəttində olmuşdum və orada vəziyyətin necə ağır olduğunu müşahidə etmişdim. Gəncəyə ballistik raketlərlə hücumla bağlı onu deyə bilərəm ki, bu, cinayətdir. Burada gördüklərimin Amerika ictimaiyyətinə çatdırılması üçün  sabah tezdən canlı yayım edəcəyik. Bu münaqişə barədə, Gəncəyə edilən hücumlarla bağlı dolğun məlumatlar çatdıracağıq.