• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1205
— 07.12.2020 16:06

İtaliya deputatları Gəncə və Ağdama səfərləri barədə təəssüratlarını bölüşüblər

KepezTV Player

Gəncədə erməni terroru nəticəsində böyük dağıntıların yarandığı əraziyə və Ağdam şəhərinə səfər edən İtaliya parlamentinin nümayəndə heyətinin üzvləri öz təəssüratlarını sosial şəbəkələrdəki hesablarında paylaşıblar.Gəncədə onlarla qadın, uşaq və qocanın ölümünə səbəb olan raket hücumundan bəhs ediblər. Dağıdılaraq “ruhlar şəhərinə“ çevrilən Ağdamda yeganə salamat binanın şəhər məscidi olduğu qeyd olunub. Parlamentarilərin sosial şəbəkələrində birbaşa hadisə yerlərindən paylaşdıqları foto və videolar Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələri barədə dolğun təsəvvürlər yaradıb.