• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1690
— 06.12.2020 20:22

Hərbçilərin 500-dən çox ailə üzvü üçün iş imkanı yaradılıb

KepezTV Player

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinin və müharibə iştirakçılarının, erməni terrorundan zərər çəkən mülki şəxslərin, onların ailə üzvlərinin sosial dəstəklə təmin edilməsi tədbirləri həyata keçirir. Bu tədbirlər çərçivəsində artıq onların aktiv məşğulluqla əhatə olunmasına başlanılıb.Nazirlikdən verilən məlumata görə, Dövlət Məşğulluq Agentliyi tərəfindən son günlərdə həmin kateqoriyalardan olan 500-dən çox şəxsin məşğulluğuna və özünüməşğulluğuna dəstək işləri aparılıb.Onlardan 305-i özünüməşğulluq proqramına cəlb edilib, bir hissəsi artıq aktivlərlə təmin olunub, qalanları da təmin edilməkdədir.Həmçinin 200-dən çox şəxsin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi işləri görülür. 100-dən çoxu artıq cəlb edilib, digərləri də yaxın günlərdə cəlb olunacaq.