• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 777
— 30.11.2020 10:08

Distant təhsilin mənfi və müsbət tərəfləri

KepezTV Player

Koronavirus pandemiyası heç ağlımıza gəlməyəcək yeni bir yaşam tərzi formalaşdırmaqla yanaşı təhsil sahəsində çox böyük yeniliklərə səbəb oldu. Bu dövr ərzində vərdişlərimiz dəyişdi, texnologiyadan daha aktiv istifadəyə zərurət yarandı. Təmamilə yeni təhsil modeli qarşımıza çıxdı..Distant təhsil forması bir tərəfdən əhalinin sağlamlığının qorunması, digər tərəfdən isə insanlar arasında olan yoluxma riskinin minumuma endirilməsi baxımından olduqca əhəmiyyətlidir.  Şagirdlər üçün yeni metodda dərs maraqlıdır. Onlar XXI əsrin texnoloji yeniliklərdən erkən yaşlarda istifadə edib yararlanırlar. Normal dərslərdə ən utancaq şagird belə onlayn dərslərdə iştirak edir, kompleks hissi az olur. Valideynlər dərslərə nəzarət edir, uşaqlar ikiqat məsuliyyət hiss edirlər. Valideynlər şagirdlərlə bərabər tamamilə dərs prosesinin ağırlığını hiss edirlər. Onlayn dərslər açıq dərsdir. Müəllim valideynlər tərəfindən nəzarətdə olduğu üçün dərsi boş keçə bilmir. Şagirdlərin "ev tapşırığını bilmirəm" bəhanələri olmur. Çünki ev tapşırıqları qrupda yazılır və həm valideyn, həm də şagird tərəfindən görünür, yaddaşda qalır. Lakin hər bir işin müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də var...

 Məsələn günün müxtəlif saatlarında internetdə yaranan problemlər distant, onlayn təhsil alan və təhsil verən vətəndaşlarımızın faydalı iş əmsalına müəyyən qədər zərbə vurur.  Onlayn təhsil prosesinə qoşulan bütün ailələrin elektron texniki vasitələrlə təminatında müəyyən problemlər olduğu üçün bu, tədrisə mənfi təsir göstərir.